Yeniyetmə müəlliminə aşiq oldu və 17 yaşı olanda evlənmək istədiyini bildirdi.Təbii ki, Bricit buna təbəssümlə cavab verdi. Çünki həm 24 yaş böyük idi, həm də ailəli idi. Onun Emmanuel boyda övladı var idi. Bundan başqa, Bricitin bir qızı Emmanuellə eyni sinifdə oxuyurdu.Məktəbi bitirən Emmanuel oxumaq üçün Parisə yola düşsə də, Bricitdən əl çəkmirdi. Nəhayət, 12 il sonra Bricit ərindən boşanaraq Emmanuelə ərə getdi.
10 il sonra isə Emmanuel Fransa prezidenti seçildi. O, Fransa tarixinin ən gənc prezidentidir.Angela Merkel və İoahim ZauerAlmaniyanın birinci cütlüyü 1998-ci ildən evlidir. Kimyaçı İoahim Zauer Angelanın ikinci əridir. 1980-ci illərdə Angela Almaniya Elmlər Akademiyasının tərkibindəki fizika-kimya institutunda işləyərkən İoahimlə tanış olub.Zauer evli olsa da, cütlük arasında sevgi romanı başlayıb. Bu səbəbdən Zauer boşandıqdan sonra cütlük toy edərək diqqət cəlb etmək istəmədi.2005-ci ildə Angela Almaniyanın ilk qadın kansleri oldu. Amma onun əri bu günə qədər də elmi fəaliyyətlə məşğul olur və ictimaiyyətdən qaçır.Kolinda Qrabar-Kitaroviç və Yakov KitaroviçXorvatiyanın birinci cütlüyü 1996-cı ildə evlənib. Kolinda bu il keçirilən futbol üzrə dünya çempionatı ilə daha da məşhurlaşdı. O, tamaşaçıları, digər dövlət başçılarını gözəlliyi ilə məftun etdi.30 il əvvəl isə Kolinda Zaqreb universitetində qrup yoldaşının qəlbini ovsunladı. Bu universitetdə Kolinda beynəlxalq münasibətlər üzrə ali təhsil alıb.Kolinda və Yakov 1980-ci illərin sonunda görüşməyə başlayıb. Universiteti bitirdikdən sonra isə evləniblər.II Elizabet və şahzadə FilippBöyük Britaniyanın birinci cütlüyü 1947-ci ildən evlidir. 13 yaşı olanda şahzadə Elizabet əmisinin, yəni hersoq Georqun toyuna dəvət edilmişdi. Hersoq şahzadə Marina ilə evlənirdi.Toyda Elizabet gəlinin 18 yaşlı xalası oğlu şahzadə Filiplə tanış oldu. 6 il sonra cütlük evləndi. Nişan barədə məlumat veriləndə, şahzadə sevinirmiş.Milli.Az