Hazırda "Mançester Yunayted"də forma geyinən Pol Poqbanın gələcək karyerası ilə bağlı açıqlama verilib.Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun qardaşı Florentin Poqba, qardaşının ya "Barselona"ya, ya da "Real"a transfer olacağını deyib:"Pol Poqba "Mançester Yunayted"dən ayrılanda, "Mançester Siti", "Real" və "Barselona" kimi seçimləri olacaq. "Mançester Siti"yə getməyəcəyi dəqiqdir. Ona görə də, ya "Barselona"ya, ya da "Real"a transfer olacaq"."Qırmızı şeytanlar"la 2021-ci ilədək müqaviləsi olan fransalı futbolçu, bu mövsüm iştirak etdiyi 27 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə verib.Milli.Az