Təhsil sahəsində ixtisaslaşan "Education HUB"ın təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial Sahibrkarlıq Laboratoriyası” proqramı çərçivəsində 2 ay müddətində davam edən təlim proqramı müvəffəqiyyətlə başa çatıb.
Metbuat.az xəbər verir ki, proqram çərçivəsində Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan qadınlara sosial sahibkarlıq, biznes planının və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, emosional zəka, şəxsi inkişaf və s. modullar üzrə təlim sessiyaları təşkil olunub.
Təlimi uğurla başa çatdıran xanımlar sosial sahibkarlıq üzrə biznes ideyalarını hazırlayaraq juriyə təqdim ediblər.
Qeyd edək ki, uğurlu namizədlər ikinci mərhələdə öz fəaliyyətlərinə mentorlarla davam etdirəcəklər.