Azərbaycanda dəhşətli və inanılmaz ailə dramı yaşanıb. 27 il öncə xəstəxanada övlad dünyaya gətirən qadına "uşağın öldü" deyiblər və həmin körpə valideyn qayğısından uzaq uşaq evində böyüməli olub. Milli.Az oxu.az-a istinadən bildirir ki, illər sonra valideynlərinin axtarışına çıxan 27 yaşlı Nuranə onları tapa bilib və ailənin qovuşma anı ATV-də yayımlanan "BizimləSən" verilişində canlı yayımlanıb.Proqramın aparıcısı Zaur Baxşəliyev Nuranənin valideynlərinə göz aydınlığı verib, onların nənə-baba olduqlarını söyləyib. İllərlə valideyn həsrəti ilə yaşayan Nuranə ailə qurub və ana olub.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin:
27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu - Azərbaycanda inanılmaz ailə dramı - VİDEO 27 il öncə "öldü" deyilən qız ailəsinə qovuşdu - Azərbaycanda inanılmaz ailə dramı - VİDEO