"İstəyirəm ailə qurum, müğənnilikdən gedim" - Aysel

"İstəyirəm ailə qurum, müğənnilikdən gedim" - Aysel
17:12 30 Yanvar 2019
186 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Aysel Əlizadə Türkiyədə tanınmış prodüserlərdən təkliflər aldığını bildirib. Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Hər şey daxil" verilişində deyib. O bildirib ki, təklifləri qəbul etməyib:

"Türkiyədə fəaliyyət göstərmək çətindir. Amma qismət başqadır. Samsun Demir, Erdem Kınaydan təkliflər aldım ki, iş görək. Hətta müqavilə də istədilər. Amma onların təklif etdiyi müqavilə şərtlərini qəbul etmədim. Özüm getsəm, qapıları döyüb, ona-buna ağız açacaqdım. 

Türkiyədə bizim müğənnilərə maraq böyükdür. Orada hər bəstəkarın öz qiyməti var. Onlara fərq etmir Tarkan gəlib, ya başqası".

Aysel "Sevgi var həyatında" sualına belə cavab verib:

"Hələ yoxdur, amma yoldadır qoxusu gəlir. Hər zaman çox olub. Gənc xanımam, sevgi olmalıdır, normaldır. Əsasən də, əkizlər bürcü sevgisiz qalmır.

Hər zaman müsahibələrimdə demişəm, mənim üçün önəmli ailədir. İstəyirəm ailə qurum, uşaq olsun, müğənnilikdən gedim. Sənət bizim üçün önəmlidir, amma bunun da sonu var".Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/726076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR