Məktəblilərin qış tətili başa çatır

Azərbaycanda məktəblilərin 5 günlük qış tətili başa çatır.

Metbuat.az xəbər verir ki, məktəblərdə sabahdan dərslər başlayacaq.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün məktəblilərin qış tətili yanvarın 27-dən 31-nə qədər nəzərdə tutulub. Məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərini əhatə edəcək.

Günün qoroskopu - Sevdiyiniz insanla zarafat etməyin - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Media Savadlılığı