Günün qoroskopu

Metbuat.az günün qoroskopunu təqdim edir:

Qoç - yaşamın xırdalıqları onları görməmək üçün yetərincə əhəmiyyətlidir. Sosial təmaslarda onlar gərginliyə səbəb olaraq münaqişə fonu yarada bilərlər. Gərginliyin "dərman"ı fiziki aktivlik, yaşam və fəaliyyət arealının nizama salınmasıdır. Mühüm görüş və danışıqlar üçün əlverişli zaman deyil. Seçim sizdən asılı deyilsə, işə ciddi yanaşın. Tədbirləri vaxt ehtiyatı yaradaraq planlaşdırın. Gecikməməyə çalışın. Şəxsi münasibətlərdə nüanslar, kiçik diqqət izharları önəmli rol oynayır.

Buğa - bu gün yaşanacaq hadisələrdən biri gərginlik yaradacaq. Müəyyən qəti qərarlar qəbul edilməlidir, bəzi istiqamətdə yerdəyişmə olmalıdır. Dəyişikliklər tərəfdaş münasibətlərinə də aiddir. Situasiyanı nəzarətdə saxlamaq asan deyil. İnad etməyin, bütün mübahisəli məsələləri dərhal həll etməyə çalışmayın. Günün ikinci yarısında daha maraqlı işlərlə məşğul olun. Ünsiyyətdə kasadlıq yaratmayın. Vədləri və öhdəlikləri unutmayın. Səhhətinizə fikir verin.

Əkizlər - səhər saatlarından etibarən diqqətli və zəhmətkeş olun. Çoxdan bəri yığılıb qalan və həllinə vaxt tapmadığınız işləri bitirin. Ani maraqları ön plana çıxarmayın. Kiminləsə mübahisə edərək mövqelərinizi ona sübuta yetirməyə çalışmayın. Proseslərə süni təkan verməyin. İşlərin və münasibətlərin keyfiyyətinə fikir verin. Yaşam arealınızda qayda yaradın. Ailə üzvləri ilə təmaslar gərginlikdən qurtulmağa yardım edəcək. Münasibətlərdə harmoniyanı bərpa etmək üçün bir qədər tək qalın. Profilaktiki tədbirlərdə xeyir var.

Xərçəng - cari məsələlərin çözülməsi ilə tələsmədən, aramla məşğul olun. Fəaliyyətinizi aktivləşdirmək və fərqli etmək üçün əlverişli zamandır. Danışıqlar aparmaq, qarşı tərəfdə xoş təəssürat yaratmaq, yaranmış şəraitdə düzgün istiqaməti seçmək indi müstəsna əhəmiyyət kəsb edir. Hisslər və emosiyalar özünüzə verəcəyiniz dəyərin izharı olan sözlərə tabedir. Sevdiyiniz insanla zarafat etməyin. Yerinə yetirmək fikrində olmadığınız vədlər verməyin. Ev işləri ilə məşğul olmaq fikriniz varsa, gərəkli materiallar, avadanlıq və əşyalar alın.

Şir - cari məsələlər, həllini tələb edən məqamlar indi ön planda olmalıdır. Bəzi plan və layihələrə yenidən baxmaq zamanıdır. Proses başlayıbsa, dayandırmayın. Əlavə işlər görmək, təşkilati məsələləri həll etmək olar. Borcları qaytarın, mövcud hesabları ödəyin. Özünüzü rahat və əmin hiss edin. Səhhətinizə fikir verin. Fiziki təmrinlərlə məşğul olun. Axşam saatlarında gəzintiyə çıxın.

Qız - yaxın gələcəkdə həll etməli olduğunuz problemlər və məsələlərin ərəfəsidir. Planlar qurun, müsbət dəyişikliklərə şübhə etməyin. Praktik olun, amma yaradıcılıq ideyalarını unutmayın. Təfərrüatlara yetərincə fikir verin, mühüm olan heç nəyi nəzərdən qaçırmayın. Günün ikinci yarısında ev işləri, tətbiqi yaradıcılıqla məşğul olun. Yaxınlarınızla münasibətlərə ciddi fikir verin. Onların tələb və xahişlərini nəzərə alın. Axşam saatlarını ailə üzvləri ilə keçirin.

Tərəzi - təmayülləri hiss edin, cari işlərdə qayda yaradın. Verdiyiniz vədləri yerinə yetirin. Sizinlə bağlı gözləntilər çoxdur. Sizə perspektivdə daha ciddi işlərlə məşğul olmağa imkan verəcək şərait yaradın, problemləri aradan qaldırın. İstədiyinizi yox, lazım olan işi görün. Köhnə hissləri nəzərdən keçirin. Lazımsız insanlar və hisslərdən qurtulun. Axşam saatlarında istirahət edin. Pəhrizə başlamaq olar.

Əqrəb - işlərdə yeni ritm tələb edən dəyişikliklərdə təkan və irəliləyişi təmin edəcək yeniliklərə diqqət yetirin. Əməkdaşlığı düzgün qurun, işləri paylaşdırın. Başqaları ilə müqayisədə dominion yox, bərabər möve tutsanız da, səmimi olun. Bəzi məqamlarda hadisələri qabaqlamağa çalışın. Situasiya sizdən proseslərin anlamını, situasiyanın məğzini başa düşməyi tələb edir. İstənilən işin maddi yönü hesablanmalı, perspektivlər düşünülməlidir. Layihələrin detallarını və təfərrüatlarını müzakirə edin. Yeni tapıntılar və nəticələri nəzərdən keçirin.

Oxatan - yeni işlər hazırlayın, maraqlandığınız və sizin üçün əhəmiyyət kəsb edən ideyalarla layihələrin reallaşmasına çalışın. İşlərə səthi yanaşma yolverilməzdir. Detallara və təfərrüatlara xüsusi diqqət yetirin. Yaradıcı münasibətin diqqət və səbrlə müşayiət olunacağı fəaliyyət sahəsini seçin. Özünüzlə bahəm, ətrafınızdakı insanların da ciddi effekt gözlədiyi mürəkkəb işi gerçəkləşdirməyə başlayın. İşdə rəhbərliklə danışıqlarda doğru tonu seçin. Bu, sizə müsbət nəticələrə nail olmağa imkan verəcək. Səhhətinizə fikir verin. Axşam saatları istirahət üçündür.

Oğlaq - əsas diqqəti praktiki işlərə yönəldin. Yaşam arealını qaydaya salmaq üçün şans yaranıb. Yarımçıq qalmış işləri bitirin. Yaşamınızda yaranan mövzulara fikir verin. Hazır olmadığınız işi yenidən görməyə çalışmayın. Təşəbbüs qıtlığı olduğu zamanda real uğurlar üçün yetərincə səbrə malik insanların dəstəyini almaq gərəkdir. Münasibətlərdə səmimiyyət və diqqət xüsusi əhəmiyyət kəsb edir. Sevdiyiniz insanla qarşılıqlı təmasları inkişaf etdirə biləcək nüanslara fikir verin.

Dolça - aktiv və məhsuldar fəaliyyətə can atın. Kiçik problemlərə görə qıcıqlanmayın. Ətrafınızdakı insanları sərt tənqid etməyin. Kiçik, amma konkret nəticəyə hesablanmış işlər görün. İşdə rəhbərlik sizə çətin tapşırıq verə bilər. Ümumi işdəki iştirakınızı münaqişə olmadan müəyyənləşdirin. İstirahət üçün yetərincə vaxt saxlayın. Əlahiddə ehtiyac olmadan təşəbbüsə əl atmayın. Eşitdiklərinizə ciddi yanaşın. Səhhətinizə fikir verin. Sizə uyğun profilaktika variantını seçin. Alış-veriş üçün əlverişli zamandır.

Balıqlar - kiçik işlər görün, qənaət rejimində çalışın. İşlər çox, vaxt azdırsa, tərəfdaş və ya dostunuzu prosesə cəlb edin. Mümkün qədər az müzakirələr edin. Yalnız yeni və faydalı nə isə əxz edə biləcəyiniz söhbətlərə qatılın. Bir yerdə çox qalmayın. Hərəkətdə olun. Aktivlik sağlamlığınız üçün faydalıdır, emosional tonus səviyyənizi bərpa edəcək. Diaqnostika, fiziki prosedurlar, pəhriz üçün əlverişli zamandır. Təmir işi və ya fərdi hobbi üçün materiallar almaq olar. Şəxsi münasibətlərdə tərəfdaşa yardım, kiçik və faydalı hədiyyələr xüsusi əhəmiyyət kəsb edir.

Xərçəng xəstələri TAMAMİLƏ SAĞALACAQ? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı