Kraliyyət ailəsinin gəlini Keyt Midleton açılışa taxdığı Türk markalı çantası ilə görənləri təəccübləndirib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, Keyt Midleton həyat yoldaşı prins Viliyam ilə Dandi şəhərindəki Viktoriya və Albert muzeyinin açılışına qatılıb. Kraliyyət gəlini açılışa 6 il əvvəl geyindiyi Alexander McQueen markalı manto kostyum geyinib. K.Midleton geyimini tamamlayan Türkiyə istehsalı çanta taxıb.

Kral ailəsinin gəlini çantası ilə hər kəsi təəccüləndirdi -

Qeyd edək ki, Manu atelier imzalı yaşıl çantanın yaradıcıları Bəstə və Mərvə adlı bacılardır.Sözügdən çanta 2017-ci ilin payız kolleksiyasındandır. Onun qiyməti 390 avrodur.

Aysel Yaqubqızı / METBUAT.AZ