Masaj salonunda RƏZALƏT

Türkiyənin Adana şəhərində masaj zallarında fahişəlik edən 20-si qadın, 38 nəfər ev həbsinə məhkum edilib.

Metbuat.az Türkiyə KİV-inə istinadla bildirir ki, dəstənin liderliyini edən 8 nəfərin 1 milyon 800 min lirə məbləğində mülkünə əl qoyulub.

Adana Polis İdarəsi Əxlaq Büro Rəisliyi briqadaları şəhər daxilində fahişəlik edən və onlara yer təmin edən adamlara qarşı 16 yanvar günü sübh əməliyyatı keçirib.

Bir dəstə liderinin isə fahişəlikdən əldə etdiyi gəliri leqallaşdırmaq üçün yenə şəhərin lüks səmtində çantacı dükanı açdığı ortaya çıxıb.

Əməliyyatın ardından fahişəlik edən Qazaxıstan əsilli Aktorta S. (25) isə ifadəsinin ardından deportasiya edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR