Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirşağıda

Daşınmaz əmlakını dövlət qeydiyyatına almaq istəyən, lakin müvafiq qurumlara müraciət etmək imkanı olmayan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi səyyar kampaniyalarda iştirak edə bilər. Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasından paytaxtın Pirşağı qəsəbəsinin sakinləri yararlana biləcək.

Komitədən Metbuat.az-a verilən məlumata görə, daşınmaz əmlakın qeydiyyatı üzrə xidmətlər 04-08 fevral tarixlərində saat 09:00-dan 17:00-a qədər Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Qurtuluş küçəsindəki (keçmiş Əjdər Məlikov küçəsi) (Anar marketin yaxınlığında) mobil ofisdə göstəriləcək.

Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bağlı müraciət edə bilər. Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər, vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi səyyar kampaniyalar hər kəsin mülkiyyət hüququndan rahatlıqla istifadəsinə və ölkə üzrə qeydiyyata alınmış daşınmaz əmlakların sayının artmasına şərait yaradır.

ŞOK! Dünya bu tarixdə DAĞILACAQ? - Asteroid SÜRƏTLƏ gəlir... - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR