Şəhərdə yaşayan insanların əksəriyyəti bu gün daha çox qaynanmış su içməyə üstünlük verirlər.

Mütəxəssislərin fikrinə görə, bu, çox pis vərdişdir. Qaynanma zamanı suda tək mikroblar deyil, bütün faydalı maddələr də ölür. Belə ki, minerallar həll olunmayan çöküntüyə çevrilir, tərkibindəki oksigenin miqdarı xeyli azalır. Çiy suyun tərkibində insan sağlamlığı üçün faydalı olan bir çox mineralların ionları var. Əlbəttə ki, söhbət təmiz sudan gedir.

Keyfiyyətsiz, tərkibində ziyanlı komponentlər olan su insan sağlamlığı üçün təhlükəlidir. Bu səbəbdən son dövrlər istehlakçılar tərəfindən sutəmizləyici filtrlərə tələbat durmadan artır. Hazırda istehlak bazarında su filtrlərinin müxtəlif çeşidləri təklif edilir.

Bəzən satılan filtrlər keyfiyyət tələblərinə cavab vermir və alınan qurğu suyu kifayət qədər yaxşı təmizləmir. Saxtalaşdırılmış, keyfiyyət tələblərinə cavab verməyən bu kimi malların alınmasından sığortalanmaq üçün istehlakçılar bir sıra vacib məqamlara diqqət etməlidir. Bəs bunlar hansılardır?

Evinə su filtri almaq istəyənlər, DİQQƏT!

Ölkədə su təmizləyici qurğuların satışı və quraşdırılması işini həyata keçirən “Aqua filtr” firmasının meneceri Emil Hacıyev mövzuyla bağlı Metbuat.az-a açıqlamasında bazardakı su filtrlərindən danışıb. Bildirib ki, bu filtrlər bir neçə hissəyə bölünür:

“Bazarda olan mexaniki filtrlər, yumuşaldıcılar, əks osmos sistemləri, bardaq və ya bəzi istehsalçıların təqdim etdiyi iş prinsipi məlum olmayan su təmizləmə sistemlərini misal gətirmək olar:

Mexaniki (magistral) filtrlər

Bu filtrlər suda olan iri hissəcikləri - daşı, qumu, gili aradan qaldırmaq üçün istifadə olunur. Belə filtrlər 5 - 1 mikrona-dək suda olan hissəcikləri təmizləmə qabiliyyətinə malikdir.

Əks osmos sistemi

Bu sistem bakteriya və viruslar daxil olmaqla suda mövcud olan çirkabın 99.8%-ə qədərini təmizləmə imkanına malik dünyanın ən effektiv və optimal içməli su filtrasiya sistemi olaraq istifadə olunur.

Tərs osmos sistemi 1970-ci ildən ən prespektivli və geniş şəkildə istifadə edilən sistem kimi suyun 0,001-0,0001 mikrona dək olan hissəciklərinin çixarılmasında bilavasitə suyun təmizlənməsində, dəniz suyundan içməli su alınmasında və quyu sularının təmizlənməsində istifadə olunur”.

Evinə su filtri almaq istəyənlər, DİQQƏT!

Su filtrlərinin keyfiyyətli və ya keyfiyyətsiz olmasını necə bilmək olar?

“Aqua filtr” firmasının meneceri Emil Hacıyev su filtri alanların bəzi məsələlərə əməl etmələrini tövsiyə edir:

“Su filtrlərin istehsalında qida plastikdən istifadə olunduğu üçün onun pis və spesifik qoxusu olmamalıdır.

Su filtri alrkən məhsulun korpusunun hissələrinin çıxıntısız, nahamar və qəlibin izlərinin kobud şəkildə olmamasına nəzər yetirmək lazımdır.

Su filtri alarkən sizə təqdim olunmuş məhsulun həqiqətən də rəsmi məhsul olduğunu yoxlamaq üçün internet axtarış sistemindən istifadə etmək, axtarış sistemində belə bir adda məhsul yoxdursa, həmin məhsulu almaqdan çəkinmək, yox həmin məhsulun adı internet axtarış sistemində çixarsa, məhsulun rəsmi veb səhifəsinə daxil olaraq, orda olan şəkillər ilə sizə təqdim olunan məhsulun eyni olub-olmamasını müqayisə etmək lazımdır.

Bundan başqa, məhsulu alarkən onun tam paketlənmiş olmasına, həmçinin komplektasiyasına nəzər yetirin. Məhsulun maksimal işləmə təzyiqini araşdırın (6 Bar-dan aşağı olmamaq şərti ilə), onun pasportunu tələb edin. Üstəlik, məhsulu aldığınız şəxsdən rəsmi zəmanət talonunu (möhürlü və imzalı) istəməyi unutmayın”.

Qeyd edək ki, “Aqua filtr” firması su təmizləyici qurğuların satışı və quraşdırılması sayəsində kifayət qədər təcrübə və imkana malikdir. Firma Amerikanın “Pentair”, Belçikanın “Pollet Water Group”, İspaniyanın “Astral Pool”, Tayvanin “Puricom”, Türkiyənin “Esli”, “Ravent”, “Ova” və Almaniya ilə Ukrainanın birgə istehsalı olan “Ecosoft” şirkətlərinin keyfiyyətli mallarını sistemləşdirərək, “Aquafiltr” markası altında satışa çıxarır. Firmanın əlaqə nömrələri:

(+994) - 50 - 555 - 70 - 22

(+994) - 12 - 555 - 70 - 22

www.aquafilter.az

"İnstagram" - aquafilter.az

"Facebook" - aquafiltr.az

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava necə olacaq? – PROQNOZ – TIKLAYIN!