140 milyon dollarlıq kriptovalyutadan xəbər yoxdu

Kanadanın ən böyük kriptovalyuta ticarət platforması olan Quadriqadakı 140 milyon dollar dəyərindəki virtual valyuta əlçatmaz hala gəlib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, buna səbəb firma sahibinin qəfil ölümü olub. Ticarət platformasınının rəhbəri Gerald Cotton 140 milyon dollar dəyərindəki sərvətin qorumaq üçün demək olar ki bütün təhlükəsizlik tədbirlərindən, hətta “soyuq pulqabı” adlanan sistemdən istifadə edib. Firma sahibinin dekabr ayında qəfil ölümüylə bərabər kriptovalyuta əlçatmaz hala gəlib.

Nova Skotiya Ali Məhkəməsi firma rəhbərinin həyat yoldaşını danışdırıb. Jennifer Robertson açıqlamasında həyat yoldaşının bütün işləri evlərindəki noutbukda gördüyünü, lakin həmin kompüterin parolunu bilmədiyini bildirib. Parolu yazılı şəkildə tapmaq üçün evdə apardığı axtarışlar da nəticə verməyib.

Firma pulları geri qaytarmaq üçün mütəxəssis tutub. Onlar pulların qaytarılması istiqamətində işləri davam etdirilər.

Bu səbəblə, hazırda 155 min nəfər şəxsi kriptovalyutasını idarə edə bilmir.

"Ermənilər arvadlarını başqa millətin kişilərinə SATIRLAR" - Tükürpədən ETİRAF... / VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR