02.02.2019 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Gənclər Günü münasibətilə "Nəsillərin Debatı - elmin fonunda" adlı layihə baş tutub.
Metbuat.az xəbər verir ki, layihə çərçivəsində Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, həmçinin " Gənc Tədqiqatçılar" komandasının rəhbəri Fuad Əsədov "Elmə və elmi baxış", həmin mərkəzin psixoloqu, Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi Səbinə Ələkbərova "Gənc düşüncə", Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmləri doktoru Elxan Bəylərov "Dəyərlərin dilemması", Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Psixologiya kafedrasının müəllimi, doktorantı Gülər Məmmədova "Gənc nəsillə yaşlı nəslin vəhdəti" mövzusunda məruzə ediblər.
İştirakçıların da aktiv iştirakı ilə keçən tədbirin sonunda institutun sədri Elnur Rüstəmov çıxış edərək, gənclərə təbrik nitqi söyləyib, dəyərli spikerləri təltif edib.