“Şamaxıda ötən gecə baş verən zəlzələdə ciddi xəsarət alan olmayıb”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Şamaxı şəhər icra başçısının köməkçisi Təbriz Qəniyev bildirib.

Onun sözlərinə görə, təxminən 10-15 nəfər xəstəxanaya yerləşdirilib:

“Zəlzələylə bağlı axşam saatlarında Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb. Səhərə kimi bu kommisiya işləyib. Rəhbərlik küçədə sakinlər arasında olub. Ciddi xəsarət alan olmayıb, ölüm faktı yoxdur. Sadəcə insanlar arasında panika yaranıb.

Öncədən xəstəliyi olan insanlarda narahatlıq olub. Təxminən 10-15 nəfər xəstəxanaya yerləşdirilib, ilkin tibbi yardım göstərilib. Hazırda Şamaxıda ciddi problem yoxdur. Zəlzələ nəticəsində bəzi dağ kəndlərindəki qəzalı vəziyyətdə olan evlərə ziyan dəyib, uçma hadisəsi qeydə alınıb. Ciddi bir dağıntı yoxdur”.

Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Xəyalə Məmmədova / METBUAT.AZ

"Ermənilər arvadlarını başqa millətin kişilərinə SATIRLAR" - Tükürpədən ETİRAF... / VİDEO