Ötən gün yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunmuşdur.

İsmayıllı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Azər Bədəlov Metbuat.az-a açıqlmasında bildirib ki, İsmayıllıda ciddi heç nə yoxdur:

“Hazırda Fövqəladə Hallar Nazirliyi ərazilərə baxış keçirir. Hələ ki, baş verən zəlzələylə bağlı rəsmi məlumat hazırlanmayıb”.

Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata əsasən, Fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda 1 məktəbdə çatlar əmələ gəlib.

Xəyalə Məmmədova / METBUAT.AZ

Şamaxıda SON VƏZİYYƏT - Bəzi evlərə ziyan dəyib / ÖZƏL AÇIQLAMA – TIKLAYIN!