Qadınların böyük problemi - İşsizlikdən qurtulmaq üçün bunlara mütləq əməl edin - FOTOLAR

Qadınların böyük problemi - İşsizlikdən qurtulmaq üçün bunlara mütləq əməl edin - FOTOLAR
18:43 6 Fevral 2019
Ölkə mətbuatı
A- A+

İlk iş görüşməsində necə geyinmək lazımdır?

Bu mövzuda əziyyət çəkirsinizsə, bu məqalə sizə bir qədər yardımçı ola bilər.

İlk iş görüşməsində geyiminizə verdiyiniz əhəmiyyət sizi işə qəbul edən tərəfə güvən aşılayar və sizə verəcəyi işi nə qədər məsuliyyətlə görə biləcəyiniz haqqında onda müəyyən qədər təəssürat yaradar. Bu nöqtədə diqqət etməniz vacib olan bəzi xüsuslar vardır. İlk növbədə, görüşə getdiyiniz şirkət haqqında yaxşıca araşdırma etməyiniz vacibdir. Oradakı geyim qaydalarını nə qədər yaxşı bilsəniz, bu sizin üçün o qədər avantaj təmin edər. Geyim, saç kimi faktorlar iş verən şəxslər üçün böyük əhəmiyyət daşıyır.

Ətək-pencək və ya şalvar-pencək formasında geyinməyiniz sizə şıq görünüş qatacaq. Şalvarla birlikdə dar model bir köynək və ya balıqçı yaxalıqlı jaket geyinmək bu şıqlığa gözəllik qatar.

Əgər mövsümünə görə geyinməyi və daha ciddi görünüş əldə etməyi sevirsinizsə, balıqçı yaxalıqlı jaketləri üstün tutun. Bundan başqa şıq bir donun üzərinə jaket və yüngül palto ata və dikdaban ayaqqabılar ilə stilinizi tamamlaya bilərsiniz.

Görüşə gedərkən saç və makyajınızda mütləq şəkildə sadəliyə və təbiiliyə üstünlük verməlisiniz. Saçınız təmiz və səliqəli olsa, kifayət edər. Makiyajınızda isə xəfif rənglərdən istifadə edin. Sanki makiyaj etməmiş kimi təəssürat yaradın.

Ayaqqabı isə ən önəmli detallardan biridir. Burada da parlaq, daşlı modellərdən qaçmalısınız. Ayağınızdakı geyim paltarınızın tonlarına uyğun olmalıdır. Dikdabana üstünlük verməyiniz arzuolunandır. Daha zərif görünmək istəyirsinizsə, sivri burunlu ayaqqabı seçin.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/268710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR