[ 01 May 2015 17:03 ]



Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyi (DİN)Bərdə və Yevlaxda şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar qəbul keçirib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bərdə və Yevlax Rayon Polis Şöbələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda baş tutub. Səyyar xidmətlər zamanı yeni şəxsiyyət vəsiqələrinin verilməsi üçün Bərdə rayonunda 380, Yevlax rayonunda isə 300 nəfərin müvafiq sənədləri qəbul edilib.