Yeni Zelandiyada araşdırma üçün saxlanan suiti ifrazatının içində istirahət fotolarının yer aldığı xarici yaddaş qurğusu çıxıb. İfrazatda olan qurğunun çalışan vəziyyətdə olduğu və içində dəniz aslanları fotoşəkilləri, həmçinin uşağı ilə oynayan bir ananın videosunun olduğu bildirilib.
Metbuat.az moderator.az-a istinadən xəbər verir ki, mütəxəssislər Yeni Zelandiya sularında suitilərin sağlamlıq vəziyyətini və qidalanma vərdişlərini öyrənmək üçün ifrazatlarını toplayır. İfrazat nümunəsinin bir baytarlıq tərəfindən Yeni Zelandiyanın cənub adasında xəstə görünən bir suitdən alındığı qeyd edilib.
Tədqiqatçılar xarici yaddaşın içində nə olduğuna baxmadan öncə bir neçə həftə qurutduqlarını və cihazın təşviş yaratdığı vurğulayıblar.
Günün qoroskopu - Qərarlarınızda qətiyyətli olun - Oxumaq üçün tıkla