"Badam Bağları" yaşayış massivinin yolları

2019-cu ildə Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan layihələrin icrası məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərə start verilib.

Agentlikdən Metbuat.az-a verilən məlumata görə, tərtib olunmuş tədbirlər planına əsasən Bakı şəhərinin qəsəbədaxili yollarının və küçələrinin yenidənqurulması işləri çərçivəsində cari ildə Xəzər rayonunda ümumi uzunluğu 20 km-ə yaxın daxili avtomobil yolu əsaslı şəkildə bərpa olunacaq.

Artıq bu çərçivədə Xəzər rayonunda Mərdəkan şosesindən ayrılan və “Badam Bağları” yaşayış massivinə gedən yolun, həmçinin bu yola paralel 2 qəsəbədaxili küçənin əsaslı şəkildə bərpası işlərinə start verilib .

Aparılan işlər çərçivəsində köhnə örtük, həmçinin zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa edilir.

Günün qoroskopu - Qərarlarınızda qətiyyətli olun - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR