Havayla bağlı əhaliyə xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 7-8-də Azərbaycan ərazisində güclü külək əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, paytaxtda və Abşeron yarımadasında belə küləklərin olması normaldır:

Küləklər fevral ayı üçün xarakterikdir. Bakıda, eləcə də bölgələrdə bundan da güclü küləklər olub.

Qeyd edim ki, adətən fevral ayında ayrı-ayrı illərdə qarlı günlər olub. Belə hava şəraiti gözlənilərsə, əvvəlcədən məlumat veriləcək”.

Qeyd edək ki, verilən xəbərdarlığa əsasən, fevralın 7-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bitkoin qismən ucuzlaşıb - Qiymət – TIKLAYIN!