Bu da oldu! Qonaq gələn bacısının evinə getdi və...

Adanada evinə qonaqlığa gələn bacısının evinə gedərək 80 min manatlıq qızıl oğurladığı irəli sürülən qardaş həbs olundub.

Metbuat.az Türkiyə KİV-inə istinadən bildirir ki, Mərkəz Seyhan rayonu İstiqlal Məhəlləsində yaşayan Əsmə Hatib, həyat yoldaşı Mustafa Najjar ilə qardaşı Əhməd Natiqin evinə qonaqlığa gedib. Evinə qayıdanda yataq otağındakı dolabda olan 80 min lirə dəyərində olan qızıl boyunbağı, qolbaq, sırğa, üzük və manjetlərinin oğurlandığını görüb.

Hadisə yerinə göndərilən Asayiş Şöbə İdarəsi Oğurluq Büro Rəisliyi briqadaları, evin qapısının qırılmadığını müəyyən edib. Bunun üzərinə ailə üzvlərilə görüşən polis, Əsmə Natiqin qardaşı Əhməd Natiqin hərəkətlərindən şübhələnərək həbs edib.

Polis briqadaları, qızılları Əsmə Natiqə təslim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR