Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər.

Metbuat.az xəbər verir ki, parlamentin binası qarşısında toplaşan nümayişçilər Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulmasına etirazlarını bildiriblər.

Aksiyada azərbaycanlılarla yanaşı güclü siyasətçilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Parlamentin önündə “Separatçı Mixail Avaqyanın büstü götürülsün!”, “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil!”, “Separatçılığa və separatçılara YOX!”, “Gürcüstan-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir!” və bu kiki şüarlar səsləndirilib.