Bizi 5 saylı xəstəxananın Allerqoloji şöbəsinə göndərdilər, orda da bizi qəbul etmədilər. Bakıdakı qohumlar elə bilirdi ki, uşaq vərəmdir, biz gizlədirik. Onlar da evlərində bizi çox saxlamaq istəmirdilər ki, öz uşaqlarına keçər.Mən ağlaya-ağlaya uşağımız gözümün önündə getdiyini görüb, Mahaçqaladakı qohumlarıma zəng etdim ki, bəlkə ora gedim. Dedilər gəl. Zülmlə xəstə uşaqla o yolu qət edib, Mahaçqalaya çatdım. Bizi dərhal təcili yardım qarşıladı, xəstəxanaya yerləşdirdilər. Analiz, rentgen cavabı çıxana kimi qızım boğulmağa başladı. Ürəyi dayandı. 3 təcili yardım və reanimasiya briqadası 3 saat ərzində onu həyata qaytarmaq üçün çarpışdı. Mən artıq özüm huşsuz yatırdım.
Qızım komaya düşdü, 8 gün komada qaldı. Onu komadan çıxardılar və yalnız ondan sonra MRT etdilər. MRT cavabında həkim ağciyərin bir hissəsində yad cisim və ya polip kimi nəsə gördüyünü dedi. Mənə imza etdirib, bronxoskopiya etdilər.Bir az uzun çəkdi. Artıq ümidimi üzmüşdüm. Əməliyyat edən həkimin mənə gülə-gülə yaxınlaşdığını görəndə ilk olaraq anlamadım. O dedi ki: "bilirəm, sizdə Zaqatalada qoz fındıq çoxdur. Amma uşağa çox qoz verməyin. Arada ət də yedirin".Sən demə, uşaq qoz yeyəndə qoz nəfəs yoluna düşmüş, bir hissəsi çıxsa da, çox kiçik bir hissəsi aşağı gedərək, bronxlarla ağciyər payına düşüb. Ona görə ağciyərlərdə iltihablaşma, boğulma baş verirdi. Əgər o qoz çıxarılmasaydı, qızım öləcəkdi.Ondan sonra qoz-fındıq görəndə qorxurdum. Uşağı qoruyurdum. İndi uşaq məktəbə gedir, əlaçıdır. Heç elə bil həmin xəstə uşaq deyil. Adi bir qozun necə faciələrə səbəb olacağını düşünmək də lazımdır.Mahaçqaladan qayıtdıqdan sonra Zaqatala və Bakıdakı birinci həkimi məhkəməyə vermək istədim. Onları hələ də bağışlamamışam".Milli.Az