Milli QHT Fondunun Gender Mərkəzinin rəhbəri, Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin sədri Tünzalə Cavadova qeyd etdi ki, cins nisbətinin pozulması hazırda dünyanın bir sıra ölkələrinin aktual problemdir: "Cinslər arasında nisbətin pozulduğunu təhsil müəssisələrində də müşahidə edirik. Bu mövzu ilə bağlı təhsil ocaqlarında maarifləndirmə işi aparanda da, bunun şahidi oluruq ki, oğlan uşaqları qızlara nisbətən daha çoxdur. Məsələn, sinifdə 30 şagird varsa, onlardan 21-i oğlan, 9-u qız olur. Yəni bu problem tam nəzərəçarpacaq dərəcədə hiss olunur. Cins nisbətinin pozulması ilə bağlı fəaliyyət planı hazırlayarkən ilk növbədə pozulmanın səbəblərini aydınlaşdırmaq lazımdır. Nisbətin pozulması gələcəkdə kişilərin ailə qurmaq üçün xanım tapa bilməməyinə, zorakılığın, gender bərabərliyinin artmasına səbəb ola bilər. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində görüləcək işlərdən ən mühümü, maarifləndirmə və səhiyyə xidmətlərinin inkişaf etdirilməsidir. Bundan başqa cəmiyyətin müxtəlif sahələrində qadınların iştirakı üçün geniş imkanlar yaradılmalıdır. Oğlan uşaqlarına üstünlük verilməsinə səbəb olan stereotiplər aradan qaldırılmalıdır. Ən əsası, qadının iqtisadi asılılığı azaldılmalı, qadınlara daha yüksək məvacibli işlərdə yer ayrılmalıdır. Bu kimi məsələlər öz həllini taparsa, cinslər arasındakı nisbət pozulması da aradan qalxar. Xüsusilə, ucqar bölgələrdə reproduktiv sağlamlığın qorunması, gender bərabərliyi ilə bağlı maarifləndirmə işlərinin aparılması çox vacibdir. Qeyd edim ki, hazırda dövlət səviyyəsində də gender bərabərliyinin təmin olunması istiqamətində işlər görülür. Bu gün əmək bazarında qadınların getdikcə artan rolu göz qabağındadır".Milli.Az