Bakı. Trend:

Hindistanın paytaxtı Dehlidə hoteldə baş verən yanğın nəticəsində 9 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, yanğın yerli vaxtla 04:30-da baş verib.

35 nömrəsi olan 3 mərtəbəli “Arpit Palace” hoteli paytaxta işlə bağlı səfər edən bir ailənin üzvləri tərəfindən tam tutulmuşdu.

Yerli KİV-lər ölənlər arasında uşaq və qadınını olduğunu da bildirir.

Hadisə yerində xilasedicilər və yanğın briqadaları işləyir. Ölənlərin sayı arta bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin