Bakı, 1 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl mayın 4-dən 8-dək saat 10.00-dan 17.00-dək AMEA-da müsahibədən keçməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, maraqlananlar AMEA-nın magistraturasına 2015/2016-cı tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçirildiyi ünvanlar haqqında məlumatları http://www.tqdk.gov.az/~dE6FZ linkindən əldə edə bilərlər.