Siyəzənda intihar hadisəsi baş verib.
Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə bu gün gecə 01:00 radələrində rayonun Məşrif kəndində baş verib. Kənd sakini 1979-cu il təvəllüdlü Məkan Valeh oğlu Əliyev yaşadığı evdə özünü asaraq intihar edib.
Daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Siyəzən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi başalayıb. İstintaq aparılır.
Xəyalə Məmmədova / METBUAT.AZ