Dünyanın ən məşhur kriptovalyutası olan bitkoin qismən bahalaşıb.
Metbuat.az xəbər verir ki, kriptovalyutanın qiyməti 13 fevral saat 10:14-də 3652 dollar təşkil edib. Bitkoinin qiyməti ötən saatlarla müqayisədə 0.4% bahalaşıb.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması hazırda 207 milyard dollar təşkil edir və bunun 54% faizi bitkoinin payına düşür.
