Nikola Yurçeviç: "Azərbaycanla matçda Xorvatiyanın favorit olması hər kəsə aydındır"

Nikola Yurçeviç: "Azərbaycanla matçda Xorvatiyanın favorit olması hər kəsə aydındır"
10:47 13 Fevral 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 13 fevral. REPORT.AZ/ “Yığma komandaya baş məşqçilik etmək imkanı verildiyi üçün xoşbəxtəm və bununla qüruru duyuram”.
“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi təyin edilən Nikola Yurçeviç “Jutarnji List” saytına deyib. 53 yaşlı xorvatiyalı mütəxəssis həmyerliləri ilə söhbətində yerli klubları və futbolçuları təhlil etdiyini söyləyib: “Son bir neçə həftədə yerli klubları və oyunçuları diqqətlə təhlil etdim. Ona görə də, məndə müəyyən mənzərə var. Hərçənd hələ bütün işlərin məni gözlədiyi aydındır”.
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində ilk oyununu martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda Xorvatiya yığmasına qarşı keçirəcək. N.Yurçeviç bildirib ki, ilk dəfə qarşl tərəfdə yer almaq qəribə hissdir: “Maksimir”dəki görüşün bir parçası olacağım üçün şadam. İlk dəfə qarşl tərəfdə yer almaq qəribə hissdir. Amma həyat belədir. İstənilən halda, bu oyunun baş tutacağından məmnunam. Xorvatiya millisinin favorit olması hər kəsə aydındır. Mümkün qədər mübarizə aparmağa çalışacağıq”.
Qeyd edək ki, Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/nikola-yurcevicin-aciqlamasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR