Bakıda partlayış baş vermiş evin görüntüləri yayılıb

Bakının Səbail rayonunda 20-ci sahədə partlayış baş vermiş evin görüntüləri yayılıb.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, birmərtəbəli fərdi yaşayış evində baş vermiş partlayış ətrafdakı evlərə də ziyan vurub. Partlayışın gücündən evlərin qapı və pəncərələri yerindən çıxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

FHN-in yaydığı məlumatda bildirilir ki, Səbail rayonunda birmərtəbəli fərdi yaşayış evində partlayış olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Dağıntılar altında qalanların olduğu ehtimalı ilə əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu da xilasetmə işlərinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi və ilkin axtarışlar nəticəsində dağıntılar altında heç kimin olmadığı müəyyən olunub.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Bakıda şirniyyat evində ŞOK mənzərə: Vitrində siçovullar gəzir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR