​Azərbaycan İsraildə keçirilən turizm sərgisində uğurla iştirak edir

12-13 fevral tarixlərində Tel-Əviv şəhərində təşkil olunan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2019) sərgisində ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti təmsil edir.

Metbuat.az xəbər verir ki, Azərbaycan Hava Yolları, Bakı Turizm İnformasiya Mərkəzi, “Silk Way Travel”, “Improtex Travel”, “Paşa Travel”, “Falcon Luxury Travel”, “Geo Travel”, “Khazar Travel”, “Millenium Travel”, “Absheron Hotel Group”, “Pullman”, “Fairmont” kimi turizm şirkətləri və hotellərin iştirak etdiyi sərgidə ümumilikdə 16 təşkilat iştirak edir.

Artıq 25 ildir ki təşkil olunan sərgidə 86 kv. metrlik sahədə ölkəmizin turizm imkanları tanıdılır, İsrail və region ölkələri ilə tərəfdaşlıq əlaqələri müzakirə olunur.

Sərginin ilk günündə Ermənistan stendində işğal altında olan torpaqlarımızın turizm potensialı ilə bağlı təbliğat vasitələrinin paylanmasına etiraz olaraq təşkilatçılara müraciət olunub. Təşkilatçıların qəti tələbi ilə stenddən Dağlıq Qarabağı ayrıca subyekt kimi təqdim edən təxribat mahiyyətli materiallar yığışdırılıb və Ermənistana xəbərdarlıq edilib.

Məlumat üçün bildirək kİ, son illər Azərbaycana maraq göstərən ölkələr arasında İsrail xüsusilə seçilir. Belə ki, 2017-ci illə müqayisədə 2018-ci ildə İsraildən Azərbaycana gələn səyahətçilərin sayında 161% artım (40 min səyahətçi) olub.

Bakıda şirniyyat evində ŞOK mənzərə: Vitrində siçovullar gəzir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR