Binəqədidə soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Xocahəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda şirniyyat evində ŞOK mənzərə: Vitrində siçovullar gəzir - Oxumaq üçün tıkla