25 yaşlı gənc intihar etdi

Hacıqabulda 25 yaşlı gənc intihar edib.

Metbuat.az-a daxil olan məlumata əsasən, hadisə fevralın 13-ü saat 17:00 radələrində rayonunun Qubalı Baloğlan kəndində baş verib. Kənd sakini 1994-cü il təvəllüdlü Əbil Əfsər oğlu Əbilov yaşadığı evin tavanına bağladığı ipdən özünü asaraq intihar edib. Atası tərəfindən aşkar olunub kömək edilmək istənilsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Ölüm səbəbinin müəyyənləşməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hacıqabul rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsiylə cinayət işi başlayıb, araşdırmalar aparılır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bitkoin ucuzlaşıb - Qiymət – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR