Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarla görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarla görüş keçirilib
16:12 14 Fevral 2019
56 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 14 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyində sahibkarlarla görüş keçirilib. 
Nazirlikdən "Report"a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd sahibkarlarla sıx əməkdaşlıq çərçivəsində ətraf mühitə mənfi təsirlərin azaldılmasına nail olunması, onların fəaliyyətlərinin qanunvericilik prinsipləri əsasında qurulması, texnoloji yeniliklərin tətbiqi, ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsi olub.
Bildirilib ki, 131 sahibkarın iştirakı ilə keçirilən görüşdə Bakıda yaşıllıqların qorunması, yeni yaşıllıqların salınması, atmosferə atılmaların azaldılıması, plastik tullantıların düzgün idarə olunması, dənizə axıdılan axarların qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparılıb. O cümlədən, istehsalat və istismar prosesində ekoloji tələblərin yerinə yetirilməsi, ətraf mühitin qorunmasında seçilən şirkətlərin motivasiyası müzakirə olunub. Sahibkarların üzləşdikləri çətinliklərin öyrənilməsində, monitorinq və araşdırmalar aparılarkən sahibkarlarla qarşılıqlı əməkdaşlığın qurulmasında, şəffaf icazə və rəy sisteminin yaradılmasında nazirliyin maraqlı olduğu onların diqqətinə çatdırılıb. 
Sonra sahibkarların müraciətləri, təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səid Qərib



Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/ekologiya-ve-tebii-servetler-nazirliyinde-sahibkarlarla-gorus-kecirili

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR