İşçinin əmək müqaviləsinə xitam verilə bilməz

İşçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq işə daxil olur.

Bəs hansı hallarda İşəgötürən tərəf işçinin əmək müqaviləsinə xitam verilə bilməz?

Sualla bağlı Metbuat.az-a açıqlama verən hüquqşünas Asif Abdullayev bildirib ki, işəgötürən tərəfindən bu hallarda işçinin əmək müqaviləsinə xitam verilə bilməz:

"1.Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;
2. Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;
3. Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;
4. İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;
5. Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;
6. Öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin;
7. Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işəgötürənin təşəbbüsü ilə işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Müəssisənin ləğv edilməsi və əmək müqaviləsinin müddətinin bitməsi istisna təşkil edir.
Əlavə olaraq qeyd etmək istərdim ki, müqavilə müddətinin istisna hal kimi qiymətləndirilməsi, məcəllənin 73-cü maddənin ikinci hissəsinin məzmununa uyğun gəlmir. Çünki həmin maddədə qeyd edilir ki, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR