Erməni hüquq müdafiəçisindən

"Deməli əminliklə deyə bilərəm ki, ölüm hadisəsini gizlədiblər. Müdafiə naziri dünən bəyan etdi ki, bu, hərbi xidmətlə əlaqəsi olmayan ölüm faktıdır. Buna görə də buna diqqət ayırmayıblar. Müdafiə nazirinin bu cür bəynat verməsi, çox kədərlidir".

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri "QalaTv"dəki "Aranckum" verilişində erməni hüquq müdafiəçisi Janna Aleksanyan, yeni il gecəsi odlu silah yaralanmasından ölən müqaviləli erməni hərbi qulluqçunun ölüm faktı barədə Ermənistan Müdafiə Nazirliyinin və İstintaq Komitəsinin hər hansı məlumat yaymamasına münasibət bildirərkən deyib.

Aleksanyan qeyd edib ki, ötən 5 və ya daha çox illər ərzində Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan tərəfindən heç olmasa şəffaflıq qorunub saxlanılıb.

"O zaman da bizim aşkar etdiyimiz ölüm faktları olurdu, lakin bu yeni reallıqda, yəni inqilabdan sonra niyə biz bu cür hallara rast gəlməliyik? Hesab edirəm ki, Müdafiə naziri qeyri-şəffaf iş tərzini qəbul edib".

Onun sözlərinə görə indiki məqamadək Ermənistan ordusunda heç bir şey dəyişməyib və İstintaq Komitəsi keçmişdə olduğu kimi fəaliyyət göstərməyə davam edir.

"Ermənistan hakimiyyəti təmamilə ayılmalı və düşünməlidir ki, hər bir ailənin övlad verməli olduğu qapalı bir sistem olan orduda, niyə insanların gənc uşaqlarının meyitlərini geri qaytarırlar", - deyə erməni hüquq müdafiəçisi etiraz edib.

Hamı fevralın 16-sını GÖZLƏYİR - HƏYƏCAN siqnalı verildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR