Altay dağlarında qədim qayaüstü rəsmlər - Yerə enən tanrılar yoxsa yadplanetlilər?

Altay dağlarında qədim qayaüstü rəsmlər - Yerə enən tanrılar yoxsa yadplanetlilər?
01:32 15 Fevral 2019
114 Maraqlı
Ölkə mətbuatı
A- A+

Altay vilayətinin Kalbak-Taş rayonu təbiət gözəlliyi ilə yanaşı 5 minə yaxın qayaüstü rəsmi ilə də məşhurdur.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu qayaüstü rəsmlər arasında müəyyən sakral məlumatları da özündə saxlayan işarələr var.

Qayaüstü rəsmlərdə pələng, maral, keçi və digər vəhşi heyvanlar, onların ov mərasimi təsvir edilib. Bu rəsmlər mağara insanının həyatı, geyimi, yaradıcılığı haqqında, onların inam və etiqadı barədə məlumat verir.

Amma onlar arasında elə rəsmlər var ki, hansısa uçan aparat və qumanoidlər təsvir edilib. Bu qumanoidlər elə də insana bənzəmir. Ortodoksal elm bu faktı belə izah edir: Rəsmlərdə tanrılar təsvir edilib. Belə bir izah isə yeni suallar ortaya çıxarır. İnsan bütün tarix boyu ali qüvvələrə sitayiş edib, inanıb. Belə çıxır ki, Altay sakinləri uçan boşqabları və yadplanetliləri görüblər və onları Tanrı qəbul edərək daşın üzərinə bunu qeyd ediblər.

Amma müasir elm bu faktı qəbul etmir. Bununla belə, müstəqil tədqiqatçıların fikrinə əsasən, yadplanetlilər və tanrılar eyni məhfumdur. Məsələn, bütün xalqların inancına əsasən, tanrılar səmadan uçub gəlir. Bəzi xoşagəlməz məxluqlar isə yerin altından çıxır. Niyə bunun tərsini düşünən və yazan xalq olmayıb? Əgər ali qüvvələri təxəyyül məhsulu hesab etsək, niyə onlar yerin altından çıxmır və hər zaman səmadan enir?

Məhz Altay petroqliflərini tədqiq edən müstəqil tədqiqatçılar da bu düşüncəyə gəlirlər. Amma təəssüf ki, akademik elm bunu ciddi qəbul etmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/730430.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR