Bakıda dəhşətli QƏZA: Ər öldü, arvadı sağ qaldı

Ötən gün Müşfiqabad-Qaradağ yolunda dəhşətli qəza baş verib.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə saat 13:00 radələrində qeydə alınıb. Qaradağ istiqamətində hərəkət edən 40-BN-205 dövlət nömrə nişanlı "Niva" markalı avtomobil əks istiqamətdə hərəkətdə olan "Toyota" markalı avtomobil ilə toqquşub.

Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, "Niva"nın sürücü hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Rəsmiyyə Əşrəf qızı Nəsrüllayeva isə təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

1 Saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, R.Nəsrullayeva başından zədə alıb. Hazırda vəziyyəti normaldır.

İşçinin əmək müqaviləsinə xitam verilə bilməz - Bu səbəblər varsa - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR