"Təqaüdlər üçün 25 milyon manat əlavə vəsait ayrılacaq"

"Dövlət başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar həm Təhsil Nazirliyinin, həm də digər Nazirliklərin tabeliyində olan təhsil müəssisələrinə şamil ediləcək".

Metbuat.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, təqaüdlər akademik göstəriciləri yüksək olan tələbələrə veriləcək. Ceyhun Bayramov bildirib ki, özəl təhsil müəssisələrində də təqaüd alan tələbələr var və artım onlara da şamil ediləcək.

Nazir bildirib ki, sərəncam hesablamalara görə, təxminən 25 milyon manat maliyyə tutumunu təşkil edir.

Günay Elşadqızı /METBUAT.AZ

FOTO: İdrak Mustafayev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR