Bu iti görənlər ŞOK keçirir

ABŞ-ın Oklahoma ştatında yerləşən sığınacaqdakı Toad adlı it görənləri təəccübləndirib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, buna səbəb itin sağ qulağının yerində ikinci ağzının formalaşmasıdır. Əvvəllər küçə iti olan Toad indi sığınacaqlardan birində qalır. Onun iki ağzı, bir qulağı var. Lakin Toad halından heç də şikayətçi deyil.

Həkimlər əvvəl itin ikinci ağzında iki dişinin olduğunu hesab ediblər. Lakin müayinə zamanı onun çürümüş və qırılmış halda olan başqa dişlərinin də olduğu ortaya çıxıb. Dişlər təmizlənib çəkildikdən sonra itin aqressivliyi də yoxa çıxıb. Toad hazırda ABŞ-ın Oklahoma ştatında yerləşən sığınacaqda yaşayır və səhhəti yaxşıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR