Daha iki erməni əsgər “dedovşinanın” qurbanı olub

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində baş alıb gedən özbaşınalıq səbəbindən erməni əsgərlər “dedovşina”nın qurbanı olurlar.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, eyni gündə düşmən ordusunun beşinci və yeddinci dağ atıcı alaylarında nizamnamədən kənar münasibətlər zəmnində analoji iki cinayət hadisəsi baş verib.

Zabitin təhqirlərindən bezən çavuş Hovanesyanla, bölük komandiri Sevaq Qazaryan arasında baş verən mübahisə nəticəsində zabit kəllə-beyin travması alıb.

Yeddinci dağ atıcı alayında isə bölmənin çavuşu Sarkisyanla əsgər Hunanyan arasında baş verən davada çavuş gözündən xəsarət alıb.

Hər iki hərbçi hospitala təxliyə edilib. Faktla bağlı hərbi polis araşdırma aparır.

Bakıda intensiv yağış yağacaq - Proqnoz AÇIQLANDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR