Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının may repertuarı maraqlı tamaşalarla zəngindir. Bu ay tamaşaçıları premyeralar da gözləyir.
AZƏRTAC xəbər verir ki, Ə.Əmirlinin “Hasarın o üzü” tamaşası mayın 2-də və 24-də, “Mən səni sevirəm – M.S.S.” isə 14-də nümayiş olunacaq.
Uilyam Şekspirin “III Riçard” əsəri mayın 3-də, “Romeo və Culyetta” isə 17-də təqdim olunacaq.
Tamaşaçılar mayın 8-də və 12-də M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan”, 13-də “Hacı Qara”, 20-də “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşalarına baxa bilərlər.
Mayın 9-da L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”), 10-da H.Cavidin “Şeyx Sənan”, 16-da T.Vəliyevanın “Mənim ağ göyərçinim”, 23-də İ.Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərləri əsasında hazırlanan tamaşalar göstəriləcək.
Mayın 30-da və 31-də H.Mirələmovun “Miras” əsərinin premyerası olacaq.
Gənc Tamaşaçılar Teatrı həmişə olduğu kimi, may repertuarında da uşaqları yaddan çıxarmayıb. Balaca tamaşaçılar A.Şaiqin “Danışan gəlincik” tamaşasına mayın 2-də, S.S.Axundov və A.Şaiqin “Qaraca qız” tamaşasına 3-də və 7-də baxa bilərlər.
Mayın 6-da Dilsuzun “Əlincə qalası”, 9-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”, 10-da M.Müşfiqin “Şəngülüm, Şüngülüm, Məngülüm”, 16-da P.Nurəliyevanın “Dəcəl keçi”, 17-də P.Pançevin “Dörd əkizin nağılı”, 30-da ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, 31-də Y.Şvartsın “Qırmızı papaq” əsərləri əsasında hazırlanan tamaşalar nümayiş etdiriləcək.
Mayın 23-də və 24-də isə H.K.Andersenin “Çirkin ördək balası” əsərinin premyerası olacaq.