40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü

40 yaşında qol vurdu, Bundesliqanın tarixinə düşdü
19:32 17 Fevral 2019
91 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya çempionatının 22-ci turunun "Herta" ilə oyununda (1:1) vurduğu qol "Verder"in hücumçusu Klaudio Pisarro üçün əlamətdar olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın 90+6-cı dəqiqəsində fərqlənən perulu forvard Bundesliqada qol vuran ən yaşlı futbolçu kimi tarixə düşüb. 40 yaşlı oyunçu bununla "Verder"in sabiq üzvü Miroslav Votavanın rekurdunu yeniləyib.

Qeyd edək ki, ardıcıl 21 ildir ki, Bundesliqada qol vuran Pisarro çempionat tarixində ən yaxşı əcnəbi bombardirdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/731449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR