Rayan Giqqz Azərbaycan millisinin də yer aldığı qrupu dəyərləndirib

Rayan Giqqz Azərbaycan millisinin də yer aldığı qrupu dəyərləndirib
13:57 18 Fevral 2019
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 fevral. REPORT.AZ/ “Seçmə mərhələdə əsas rəqiblərimizə qarşı yaxşı başlanğıc etməliyik. Çünki aşkar favorit Xorvatiyadan sonra qrupda ikinci yer uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər”.
“Report” xəbər verir ki, bunu AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasının baş məşqçisi Rayan Giqqz “The Guardian”a müsahibəsində deyib.
46 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv tsikldə ilk oyununu martın 24-də evdə Slovakiyaya qarşı keçirəcək. Giqqz bu matçın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Onların baş məşqçiləri yeni olsa da, istedadlı futbolçulara malikdirlər. Xüsusən də Marek Hamşiki qeyd edərdim. O, “Napoli”də Dieqo Maradonaya məxsus rekordu qırıb (klub tarixində ən çox qol vuran futbolçu – red.). Ona görə də ilk görüş çox vacibdir”.
Giqqz deyib ki, milli komandaların oyunları arasında uzun müddətlik fasilə onların ümumi işinə çətinlik yaradır: “Bu, beynəlxalq futbolun mənfi tərəfidir. Ancaq oyunçularla daim əlaqə saxlayıram. AVRO-2020-nin seçmə mərhələsini necə səbirsizlikdə gözlədiklərinə əmin olmaq üçün bəziləri ilə London bir araya gəlib, söhbətləşdik. Matçlar sentyabr - noyabrda olanda, problem yaranmır. Ancaq indi fasilə müddəti çöx böyükdür”.
Qeyd edək ki, Azərbaycan Uelsə sentyabrın 6-da səfərdə, noyabrın 16-da isə Bakıda qarşılaşacaq. Bu iki komanda Macarıstan, Slovakiya və Xorvatiya yığmaları ilə birgə E qrupunda yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/rayan-giqqz-azerbaycan-millisinin-de-yer-aldigi-qrupu-deyerlendirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR