Bakıda “Best Musicial Shows” müzikl şousu keçiriləcək (FOTO)

Bakıda “Best Musicial Shows”  müzikl şousu keçiriləcək (FOTO)
02:55 19 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

23 Fevral Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Best Musicial Shows” müzikl şousu keçiriləcək. Şouda dünyanın ən sevilən müzikl şouları olan “Burlesque”, “Moulin Rouge”, “Chicago” və “The Great Gatsby” müzikllarının ən möhtəşəm hissələri nümayiş olunacaq.

Trend-in məlumatına görə, bu şou dünyada ən yaxşı müzikllarda işləyən konferansye sənətkarın həyat hekayəsinə əsaslanır.

Böyük teatr səhnələri, aktyorların inanılmaz səsləri, göz oxşayan bəzəkləri ilə möhtəşəm kostyumlar bütün bunlar “Best Musical Shows” müzikl şousunda! İnanırıq ki, belə möhtəşəm səhnələrin birləşməsi izləyicilər tərəfindən yüksək qiymətləndiriləcək.

Layihənin təşkili Jam Group komandası tərəfindən görülür.

Biletləri şəhərin bütün kassalarından, Asan Xidmət və iTicket.az saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/culture/3021509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR