İngiltərə Konferensiyasında "Uellinq" və "Sautport" arasında oynanılan matçda maraqlı hadisə yaşanıb.

Metbuat.az-ın xəbərinə görə, azarkeşlərdən biri alt paltarında meydana çıxaraq "Sautport"un qolkiperi Toni Tompsona doğru qaçıb. O, qapıçı ilə şəkil çəkdirdikdən sonra meydanı tərk edib və tribunaya qayıdıb.

Daha sonra stadionun təhlükəsizlik xidmətinin işçiləri onu tribunadan uzaqlaşdırıblar. Həmin görüntünü təqdim edirik.