Ermənistan MN-in “simulyant” adlandırdığı yezidi əsgər:

Ermənistan Müdafiə Nazirliyi tərəfindən “simulyant” adlandırılan və qeyri-insani şəraitdə olan psixatriyada müayinəyə göndərilən, 5 aydır danışa bilməyən, Üçmüədzin vilayətinin Crarat kənd sakini, milliyətçə yezidi olan Ermənistan ordusunun əsgəri Yuri Broyan 2 gün əvvəl Erebuni tibb müəssisəsində qısa müalicə nəticəsində çox çətinliklə, əsərək nə baş verdiyini vəkilə danışıb.

Metbuat.az ordu.az-a istinadən xəbər verir ki, onun vəkili Hayarpi Sarkisyan tomoqrafik müayinə aparılmasına imkan verməsi üçün başını tərpətmədiyinə görə, Broyana əzələlərini zəiflədən tibbi müdaxilələr edildiyini, iynələr vurulduğunu bildirib.

Erməni vəkilin sayəsində 5 aydır danışa bilməyən Broyanın tibbi müayinəsi aparılıb. Broyan ilk dəfə danışmaqla Kanaz hospitalında qeyri-adi iynələr vurulmaqla, əzələlərinin gərildiyini və bunun nəticəsində danışa bilmədiyini qeyd edib. Vəkil, dərmanın təsiri qurtardıqdan sonra Broyanın yenidən əsməyə başladığını bildirib.

Həkimlərin dediyinə görə, ona sakitləşdirici dərmanlar, müalicə lazım olsa da, müalicəsi aparılmır. Maraqlıdır ki, şəxsiyyətini təsdiq edən sənədlər olmadığını əsas gətirərək, Broyanın anasına müayinə nəticələrini verməkdən imtina ediblər.

Vəkilin sözlərinə görə, yezidi əsgərin əsmə halının baş verməsi hərbi polisdə olduğu müddətdə yaranıb. Broyanı orduya 2018-ci ilin avqust ayında aparıblar.

Ermənistan Müdafiə Nazirliyi hesab edir ki, Broyan simulyantdır, Ermənistan silahlı qüvvələrində xidmət etmək istəmir. Anasının dediyinə görə, övladının irsi keçən ruhi xəstəliyi vardır. Danışmır, çətinliklə ünsiyyət saxlayır, ruhi xəstəlik səbəbindən orta məktəbə belə getməyib.

Lakin yezidi hərbi qulluqçuya tibbi yardım göstərilmədiyi, psixatriyada əzab verildiyi faktdır. Vəkil qeyd edir ki, bu gün vəziyyətin simulyantlıqla heç bir əlaqəsi olmadığını, müalicəyə ehtiyac olduğunu sübut edə bildik. O, müalicə üçün təkrar Ermənistan Müdafiə Nazirliyinə və Səhiyyə Nazirliyinə müraciət edildiyini qeyd edib.

Xatırladaq ki, yezidi hərbi qulluqçu orduya zehni gerilik diaqnozu ilə aparılıb. Onun orduya aparılmasına qarşı məhkəmə işlərinə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi yardım edir. Broyanla bağlı hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı edilən zorakılıq, psixatriya əməkdaşı ilə mübahisə, həmçinin özünə xəsarət yetirmə olmaqla hərbi prokurorluqda 3 cinayət işi aparılır. Tibbi müayinələrdən sonra onun hərbi xidmətə yararlılığı barədə rəy verilməsi üçün həkimlərin və ekspertizanın nəticələrini gözləmək tövsiyə edilib.

Günün ulduz falı - 20 FEVRAL - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR