Milli Şuranın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 23 fevralda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

Metbuat.az-ın məlumatına görə, meriya qurumun həmin tarixdə mitinq keçirməsini məqsədə uyğun hesab etməyib.

Bildirilib ki, ötən mitinqdən bu günə qədər hüquq mühafizə orqanlarına və Bakı Şəhər İcra Hakimiyyətinə 200-dən artıq şikayət daxil olub. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası qanunun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yarandığından mitinqlə əlaqədar müraciət məqsədə uyğun hesab edilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR