"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçında "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Tura “Keşlə” – “Qarabağ” qarşılaşması ilə yekun vurulacaq.
XVIII tur isə 23-24 fevral tarixlərində keçiriləcək.
2 mart (şənbə)
16:00. “Səbail” – “Sumqayıt”
“Bayıl Arena”
18:30. “Neftçi” – “Sabah”
“Bakcell Arena”
3 mart (bazar)
15:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu,
17:30. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
Qeyd edək ki, bütün görüşlər “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.