Londonda Britaniyanın musiqi sahəsində ən nüfuzlu mükafatı sayılan "Brit Awards"ın 38-ci təqdimat mərasimi keçirilib.

Metbuat.az milli.az-a istinadən bildirir ki, amerikalı müğənni Beyonse Nouls və onun əri, reper Cey Zidən ibarət "The Carters" ikilisi "Ən yaxşı əcnəbi qrup" nominasiyasında qalib gəliblər.

Beyonse ilə Cey Zi mərasimə qatıla bilmədikləri üçnü "O2 Arena"sındakı şouya videomüraciət yollayıblar. Müraciətdə onlar "Apeshit" videoklipinin bir hissəsini dəyişiblər. Həmin kadrlarda Beyonse və Cey Zi Fransadakı Luvr Muzeyində saxlanılan, Leonardo da Vinçinin əsəri olan "Mona Liza"nın qarşısında durmuşdular.

Müraciətdəki kadrlarda Beyonse ilə Cey Zinin arxasında Britaniya şahzadəsi Harrinin xanımı, Sasseks hersoginyası Meqan Marklın portreti var.

Daha sonra Beyonse müraciətdəki dəyişdirilmiş kadrla bağlı İnstagram-dakı profildə açıqlama yayıb. Sən demə, Beyonse və Cey Zi bu minvalla Meqan Marklı az müddət sonra ana olacağı münasibətilə təbrik ediblər.


Günün qoroskopu - Yardıma ehtiyac duyan insana kömək edin - Oxumaq üçün tıkla